Maştağada 18 yaşlı gənci avtomobil vuraraq öldürüb

Maştağada 18 yaşlı gənci avtomobil vuraraq öldürüb Hadisəni törədən sürücü saxlanılıb
Hadisə
12 İyun , 2017 06:00
Maştağada 18 yaşlı gənci avtomobil vuraraq öldürüb
Report.az

Bakı. 12 iyun. REPORT.AZ/ Bakının Sabunçu rayonunda 18 yaşlı oğlanı avtomobil vuraraq öldürüb.

“Report”un xəbərinə görə, Maştağa qəsəbəsində yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Əzizov Hacıağa Feyzulla oğlunu minik avtomobili vurub. Nəticədə piyada hadisə yerində keçinib.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. Hadisəni törədən sürücü saxlanılıb.

Son xəbərlər

Orphus sistemi