Maştağa qəsəbəsində qətl törədən sabiq məhkum saxlanılıb

Maştağa qəsəbəsində qətl törədən sabiq məhkum saxlanılıb Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
3 Fevral , 2015 10:46
Maştağa qəsəbəsində qətl törədən sabiq məhkum saxlanılıb

Bakı. 3 fevral. REPORT.AZ/ Bakıda qətl törədən şəxs saxlanlılıb.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən bildirilib.

Belə ki, BŞBPİ Cinayət Axtarış İdarəsi, Sabunçu rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsi (PB) əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-də saat 21:45 radələrində, Maştağa qəsəbəsi Çiləgər yaşayış massivində Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Namiq Əliyevi bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü Elşad Mustafayev tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi