Masazırda "Kamaz" "Opel"ə çırpılıb, biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB

Masazırda "Kamaz" "Opel"ə çırpılıb, biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB Qəzaya yol nişanına əməl etməyən "Kamaz"ın sürücüsü səbəb olub
Hadisə
25 Aprel , 2017 11:07
Masazırda Kamaz Opelə çırpılıb, biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB

*** İlk xəbər 03:43-də dərc olunub. Video əlavə olunub

Bakı. 25 aprel. REPORT.AZ/ Abşeron rayonunun Masazır qəsəbəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə "Kamaz" markalı yük maşını ilə "Opel"in toqquşması nəticəsində qeydə alınıb.

Qəzaya yük maşınının dairədə yol hərəkəti nişanının tələbinə əməl etməməsi səbəb olub. Yoluna davam edəb "Kamaz" nəticədə qarşısına çıxan "Opel"i vuraraq kənara atıb, özü isə körpünün altındakı dirəyə çırpılıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1985-ci il təvəllüdlü Bilalov Orxan Füzuli oğlu, onun həyat yoldaşı, 1991-ci il təvəllüdlü Bilalzadə Günay İlqar qızı və onların azyaşlı qızı, 2014-cü il təvəllüdlü Bilalzadə Ayşən Orxan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Əraziyə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. "Kamaz"ın sürücüsü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi