Masazırda 15-ə yaxın mənzildən oğurluq edən dəstə zərərsizləşdirildi

Masazırda 15-ə yaxın mənzildən oğurluq edən dəstə zərərsizləşdirildi Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı mənzilləri qarət edən dəstə ələ keçirilib.
Hadisə
6 May , 2020 19:06
Masazırda 15-ə yaxın mənzildən oğurluq edən dəstə zərərsizləşdirildi

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı mənzilləri qarət edən dəstə ələ keçirilib.

"Report"un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, Balakən rayonunun Şambul kənd sakini, 43 yaşlı Sərdar Bəyoğluyev tanışı, Bakı şəhər sakini, 40 yaşlı Rövşən Abdullayev və Ağdam rayonunun Seyidli kənd sakini, 48 yaşlı Soltan Məmmədovla qabaqcadan əlbir olaraq Abşeron rayonunun Masazır kəndində ümumilikdə 15-ə yaxın mənzildən oğurluq ediblər.

Dəstə üzvləri mənzillərdən məişət və elektrik avadanlıqları, su nasosu, televizor, təmir-tikinti alətləri aparıblar. Hər üç şəxs tutularaq polis idarəsinə gətirilib və istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi