Masazırda 15-ə yaxın mənzildən oğurluq edən dəstə zərərsizləşdirildi
Hadisə
- 06 may, 2020
- 15:06
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı mənzilləri qarət edən dəstə ələ keçirilib.
"Report"un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, Balakən rayonunun Şambul kənd sakini, 43 yaşlı Sərdar Bəyoğluyev tanışı, Bakı şəhər sakini, 40 yaşlı Rövşən Abdullayev və Ağdam rayonunun Seyidli kənd sakini, 48 yaşlı Soltan Məmmədovla qabaqcadan əlbir olaraq Abşeron rayonunun Masazır kəndində ümumilikdə 15-ə yaxın mənzildən oğurluq ediblər.
Dəstə üzvləri mənzillərdən məişət və elektrik avadanlıqları, su nasosu, televizor, təmir-tikinti alətləri aparıblar. Hər üç şəxs tutularaq polis idarəsinə gətirilib və istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
21:05
Edvards Smiltens ikinci dəfə Latviya Seyminin spikeri seçilib
Digər ölkələr
21:03
AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur
İnfrastruktur
21:01
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
Energetika
20:43
"Xilasedici" komandası CEV Çempionlar Liqasında mübarizəyə məğlubiyyətlə başlayıb
Komanda
20:43
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
Energetika
20:29
Azərbaycan və Latviya Riqada konsulluq məsləhətləşmələri keçirib
Xarici siyasət
20:28
ABŞ və İran müvəqqəti razılaşmaya nail olmaq üçün qarşılıqlı güzəştlərə gedib
Digər ölkələr
20:23
Müasir hərb tariximizin Qərbin nüfuzlu ekspertlərinin qələmi ilə yazılması çox əlamətdar haldır - Rəy
Daxili siyasət
19:55
Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
Fərdi