Masazır sakini evində yanaraq ölüb

Masazır sakini evində yanaraq ölüb Hadisə ilə əlaqədar təhqiqat aparılır
Hadisə
20 Avqust , 2016 08:20
Masazır sakini evində yanaraq ölüb

Bakı. 20 avqust. REPORT.AZ/ Gecə saatlarında Abşeron rayonunun Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 33 m² olan köməkçi tikilidə yanğın olub.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı tikilidə 1 nəfərin yanmış meyiti aşkar olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 02:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi