Yuxarı

Nöqsanlara görə işdən çıxarılan rəisin yerinə təyinat olub

Bununla bağlı nazir general-polkovnik Ramil Usubov əmr imzalayıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) kadr təyinatı olub. Hüquq-mühafizə orqanlarından "Report"a daxil olan məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinə (CAŞ) yeni rəis təyin edilib. Belə ki, nazir general-polkovnik Ramil Usubovun əmri ilə bu vəzifəyə Masallı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi, polis mayoru Əbülfət Abdullayev təyin olunub.

Xatırladaq ki, Suraxanı RPİ, CAŞ-ın keçmiş rəisi, polis polkovnik-leytenantı Ələddin Nizaməddin oğlu İsmayılov olub. Ə.İsmayılov bir müddət əvvəl işində verdiyi nöqsanlara görə vəzifəsindən azad olunsa da, sonradan Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinə baş əməliyyat müvəkkili təyin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi