Masallıda zəncirvari yol qəzası olub, 4 avtomobilə ziyan dəyib - VİDEO

Masallıda zəncirvari yol qəzası olub, 4 avtomobilə ziyan dəyib - VİDEO Masallı rayonunda zəncirvari yol qəzası baş verib.
Hadisə
3 Dekabr , 2019 10:36
Masallıda zəncirvari yol qəzası olub, 4 avtomobilə ziyan dəyib - VİDEO

Masallı rayonunda zəncirvari yol qəzası baş verib.

“Report”un xəbərinə görə, hadisə dekabrın 2-də gecə saatlarında rayonun mərkəzində qeydə alınıb.

Belə ki, “Toyota Prado” markalı minik avtomobili hərəkətdə olan zaman idarəetmədən çıxıb və yolun kənarında olan digər maşınlara çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb və ümumilikdə 4 avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi