Masallıda yük maşını su kanalına aşıb: sürücü ölüb

Masallıda yük maşını su kanalına aşıb: sürücü ölüb Mübariz Fərəcov avtomobildə sıxılmış vəziyyətdə qalaraq vəfat edib
Hadisə
20 Dekabr , 2015 16:34
Masallıda yük maşını su kanalına aşıb: sürücü ölüb

Bakı. 20 dekabr. REPORT.AZ/ Masallı rayonunun Boradigah qəsəbəsində "ZİL" markalı yük avtomobilinin su kanalına aşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, “ZİL” markalı yük avtomobilinin sürücüsü, 1986-cı il təvəllüdlü Mübariz Mirxas oğlu Fərəcov deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalaraq vəfat edib.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə cəsədi avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi