Masallıda yol qəzasında xəsarət alan şəxs xəstəxanda ölüb

Masallıda yol qəzasında xəsarət alan şəxs xəstəxanda ölüb Masallı rayonunda yol qəzasında xəsarət alan şəxs xəstəxanda vəfat edib
Hadisə
8 Fevral , 2021 12:18
Masallıda yol qəzasında xəsarət alan şəxs xəstəxanda ölüb

Masallı rayonunda yol qəzasında xəsarət alan şəxs xəstəxanda vəfat edib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, fevralın 7-də yol qəzasında xəsarət alan Çaxırlı kənd sakini, 1962-ci il təvəllüdlü Əhliman Kərimov xəstəxanaya yerləşdirilib.

Daha sonra o, xəstəxada dünyasını dəyişib.

Qeyd edək ki, fevralın 7-də Masallıda Ümid Tağıyevin idarə etdiyi "Hyundai" markalı 99-ZO-994 dövlət qeydiyyat nişanlı avtomobil ilə Çaxırlı kənd sakini, Namiq Cəfərovun idarə etdiyi "VAZ-2106" markalı 44-CA-448 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəzada sürücü, 1973-cü il təvəllüdlü Namiq Cəfərov, sərnişinlər - 1962-cı il təvəllüdlü Kərimov Əhliman, 1995-ci ilə təvəllüdlü Kərimova Leyla və 2017-ci ilə təvəllüdlü Kərimova Aylin xəsarət alıblar. Xəsarət alanlar Çaxırlı kənd sakinləridir.

Son xəbərlər

Orphus sistemi