Masallı rayonunda traktor və ekskovatorun hissələri oğurlanıb.
“Report” xəbər verir ki, bu barədə
Məlumata görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində C.Əkbərova məxsus “Belarus” markalı traktorun və “Yuemc” markalı ekskavatorun hissələrini sökərək oğurlamaqda sübhəli bilinən Türkoba kənd sakini, əvvəllər məhkum olunmuş C.Əkbərov saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun 3 həyətyanı sahədən velosiped və məişət əşyaları oğurlaması da müəyyən edilib.