Masallıda sürücünün vuraraq qaçdığı uşaq dünyasını dəyişib

Masallıda sürücünün vuraraq qaçdığı uşaq dünyasını dəyişib Uşağın atası Masallıda kənd məktəblərinin birində direktor müavinidir
Hadisə
11 İyul , 2017 08:45
Masallıda sürücünün vuraraq qaçdığı uşaq dünyasını dəyişib

Masallı. 11 iyul. REPORT.AZ/ Masallı rayonunda iki həftə öncə avtomobil vuran azyaşlı dünyasını dəyişib.

"Report"un xəbərinə görə, 2009-cu il təvəllüdlü Baxışov Zamiq Əli oğlu həkimlərin səylərinə baxmayaraq yerləşdirildiyi 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.

Hadisə rayonun mərkəzi küçələrinin birində qeydə alınıb. Z.Baxışov yoldan keçərkən onu "Toyota Prado" markalı avtomobil vuraraq ərazidən uzaqlaşıb. Z.Baxışov ağır xəsarət alaraq Bakıda yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Hadisəni törədən sürücü Masallı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Dünyasını dəyişən uşağın atası Masallıda kənd məktəblərinin birində direktor müavini vəzifəsində çalışır.

Son xəbərlər

Orphus sistemi