Yuxarı
    Bağlamaq

    Masallıda süpürgəçini avtomobil vuraraq öldürüb

    Hadisə bu gün səhər saatlarında baş verib

    Masallı. 26 mart. REPORT.AZ/ Bu gün səhər saatlarında Masallıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    "Report"un Cənub bürosu xəbər verir ki, əslən Şuşa rayonundan olan, Masallı şəhərində məskunlaşan 1977-ci il təvəllüdlü Cavadova Vəsilə Heydər qızı Masallı rayonu İsgəndərli-Ərkivan istiqamətində yolda təmizlik işləri görərkən avtomobil tərəfindən vurulub.

    Hadisə nəticəsində C.Vəsilə hadisə yerində keçinib.

    Faktla bağlı Masallı rayon Polis şöbəsində araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi