Masallıda qardaşını balta ilə qətlə yetirən şəxsin məhkəməsi başlayır

Masallıda qardaşını balta ilə qətlə yetirən şəxsin məhkəməsi başlayır Masallıda qardaşını öldürməkdə təqsirləndirilən Musayev Rauf Feyzi oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb
Hadisə
21 May , 2021 09:41
Masallıda qardaşını balta ilə qətlə yetirən şəxsin məhkəməsi başlayır

Masallıda qardaşını öldürməkdə təqsirləndirilən Musayev Rauf Feyzi oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un məlumatına görə, iş baxılması üçü Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Müşfiq Məmmədovun icraatına verilib.

Qeyd edək ki, fevralın 5-də Masallı rayonu, Viləş kənd sakini Musayev Zeydulla Feyzi oğlunun öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmişin qardaşı R.Musayevin aralarında yaranmış mübahisə zamanı balta ilə Z.Musayevin baş nahiyəsinə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

R.Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Son xəbərlər

Orphus sistemi