Masallıda qanunsuz ov edənlər saxlanıldı

Masallıda qanunsuz ov edənlər saxlanıldı Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçiriblər
Hadisə
18 Fevral , 2021 10:28
Masallıda qanunsuz ov edənlər saxlanıldı

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçiriblər.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, tədbirlər nəticəsində rayonun Qızılağac kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən rayon sakinləri F.Əzizov, Ş.Əzizov, T.İbrahimov, Ə.Əliyev, Ş.Əliyev saxlanılıblar.

Onlardan qanunsuz olaraq ovladıqları 22 ədəd çöl quşu aşkar edilib.

F.Əzizov və Ş.Əzizov barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Digər 3 nəfər isə İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinə əsasən cərimə olunublar.

Son xəbərlər

Orphus sistemi