Masallıda oğurluqla məşğul olan dəstənin iki üzvü zərərsizləşdirilib

Masallıda oğurluqla məşğul olan dəstənin iki üzvü zərərsizləşdirilib Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
9 Noyabr , 2016 12:50
Masallıda oğurluqla məşğul olan dəstənin iki üzvü zərərsizləşdirilib

Masallı. 9 noyabr. REPORT.AZ/ Masallı rayonunda oğurluqla məşğul olan dəstənin iki üzvü zərərsizləşdirilib. 

"Report"un məlumatına görə, rayonun Boradigah qəsəbəsində Gülşən İsmayılovaya məxsus evdən 4 000 manat pul, qızıl və zinət əşyaları oğurlanıb.

Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən qəsəbə sakinləri Cahid Həbibov və İsmayıl İsmayılzadə saxlanılıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi