Yuxarı

Masallıda meyvə-tərəvəz istixanasının anbarında yanğın olub

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir

Bakı. 7 aprel. REPORT.AZ/ Masallı rayonunda meyvə-tərəvəz istixanasının anbarında yanğın olub. "Report" xəbər verir ki, yanğın hadisəsi Masallı rayonu, Digah kəndində meyvə-tərəvəz istixanasının anbarında baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin avtomobilləri və canlı qüvvəsi hadisə yerinə cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi