Masallıda dava zamanı ölən məktəblinin şəxsiyyəti məlum olub - YENİLƏNİB

Masallıda dava zamanı ölən məktəblinin şəxsiyyəti məlum olub - YENİLƏNİB Onunla dalaşan digər məktəbli ifadəsi alınması üşün saxlanılıb
Hadisə
27 May , 2017 23:37
Masallıda dava zamanı ölən məktəblinin şəxsiyyəti məlum olub - YENİLƏNİB

Bakı. 27 may. REPORT.AZ/ Masallıda dava zamanı ölən məktəblinin şəxsiyyəti məlum olub.

"Report"un Cənub bürosu xəbər verir ki, bu, 2000-ci il təvəllüdlü Əliyev Kənan Teymur oğludur. Onun meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Kənan ilə dalaşan digər məktəbli polis tərəfindən ifadəsi alınması üşün saxlanılıb.

***20:08

Masallı rayonunun Boradigah qəsəbəsində 1 saylı məktəbin ərazisində məktəblilər arasında dava ölümlə nəticələnib.

"Report"un Cənub bürosunun məlumatına görə, dava Kənan və Həsənağa adlı məktəblilər arasında düşüb.

Nəticədə 17 yaşlı Kənan gicgah nahiyəsində aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Son xəbərlər

Orphus sistemi