Masallıda mağazaya basqın edilib 11 min manat aparıldı

Masallıda mağazaya basqın edilib 11 min manat aparıldı Masallıda quldurluq hadisəsi baş verib.
Hadisə
13 Mart , 2020 12:17
Masallıda mağazaya basqın edilib 11 min manat aparıldı
istock

Masallıda quldurluq hadisəsi baş verib.

Bu barədə "Report"un Cənub Mərkəzinə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  məlumat verilib.

Belə ki, Masallı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 12-də şəhər ərazisindəki mağazalardan birində orada işləyən Rəşad Qasımova balta ilə xəsarət yetirib, quldurluq yolu ilə kassadakı 11 700 manat pulu aparmaqda şübhəli bilinən Musaküçə kənd sakini R.Şahverdiyev saxlanılıb.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi