Yuxarı
    Bağlamaq

    Masallıda külli miqdarda pul və qızıl əşyalar oğurlayan şəxs tutulub

    Faktla bağlı araşdırma aparılır

    Masallı. 12 may. REPORT.AZ/ Masallı rayonunda sillsilə oğurluqlar etməkdə təqsirləndirilən şəxs saxlanılıb.

    "Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rayonun Yeddioymaq kənd sakini 31 yaşlı Ruslan Ayaz oğlu Ağayev şübhəli şəxs qismində saxlanılıb. 

    R.Ağayev yaşadığı kənddə vətəndaşlara məxsus yaşayış evlərinə gizli yolla girərək, onlara məxsus olan əmlakı talamaqda təqsirli bilinir. 

    Masallı Rayon Polis Şöbəsindən "Report"un yerli bürosuna bildirilib ki, saxlanılan şəxsin son bir ay ərzində Yeddioymaq kəndində sahibləri mənzillərində yaşamayan bir neçə evdən oğurluq edərək, vətəndaşlara külli miqdarda ziyan vurması barədə əməliyyat məlumatları daxil olub. Məlumata əsasən araşdırma zamanı R.Ağayevin təkcə bir evdən 5 000 manatdan artıq pul və qızıl zinət əşyaları oğurlamısı aşkar edilib.

    Saxlanılan şəxsin digər oğurluq əməllərinin və başqa kimlərlə əlaqələrinin olub-olmadığı araşdırılır.    

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi