Masallıda keçmiş məhkumdan narkotik maddə və silah götürülüb

Masallıda keçmiş məhkumdan narkotik maddə və silah götürülüb Masallı. 2 fevral. REPORT.AZ/ Masallı rayonunda keçmiş məhkumdan narkotik maddə və silah götürülüb.
Hadisə
2 Fevral , 2018 18:03
Masallıda keçmiş məhkumdan narkotik maddə və silah götürülüb

Masallı. 2 fevral. REPORT.AZ/ Masallı rayonunda keçmiş məhkumdan narkotik maddə və silah götürülüb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində əslən Balakən rayonundan olan, Masallı şəhərində yaşayan 41 yaşlı Əzizov Zöhrab Şirin oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb.

Onun üzərinə baxış keçirilərkən narkotik tərkibli bitki hesab edilən marixuana aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq onun Masallı rayonunda yaşadığı mənzilə baxış zamanı əlavə olaraq bağlama şəklində olan marixuana və lüləsi kəsilmiş, atış üçün yararlı olan odlu silah aşkar edilərək maddi sübut kimi götürülüb.

Saxlanılan Zöhrab Əzizov əvvəllər quldurluq etdiyinə görə 8 il məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi