Yuxarı

Masallıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

​Faktla bağlı  Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

Masallı. 22 iyul. REPORT.AZ/ Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. "Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Musaküçə kəndi ərazisində qeydə alınıb. 
Belə ki, Masallı şəhər sakini Cəfər Adamzadənin idarə etdiyi  "İJ-27175" markalı avtomobillə rayon sakini Xalid Eyvazovun idarə etdiyi motosiklet toqquşub. Motosikletin sürücüsü X.Eyvazov və sərnişini Nizami Hilalov hadisə yerində ölüb. C.Adamzadə isə müxəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı  Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi