Masallıda iki mərtəbəli ev əşyaları ilə birlikdə yanıb

Masallıda iki mərtəbəli ev əşyaları ilə birlikdə yanıb Ev sahini bir neçə gündür ki mənzilində izahı mümkün olmayan mistik olayların olması ilə bağlı əlaqədar qurumlara məlumat verdiyini deyir
Hadisə
1 İyul , 2015 18:03
Masallıda iki mərtəbəli ev əşyaları ilə birlikdə yanıb

Bakı. 1 iyul. REPORT.AZ/ Masallı rayonunun Qızlavar kəndində iki mərtəbəli yaşayış evi əşyaları ilə birlikdə yanıb. "Report" xəbər verir ki, ümumi sahəsi 150 kv.m olan mənzil 5 otaq, mətbəx və qarajdan ibarətdir.

58 yaşlı Eldar Novruzova məxsus yaşayış evinin yanma səbəbi məlum deyil. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikaları cəlb olunub. Yanğının ətrafa yayılmasının qarşısı alınıb.

Qeyd edək ki, dünən eyni ünvanda ümumi sahəsi 68 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 18 kv.m sahədə yanıb.

Eldar Novruzov bir neçə gündür ki, mənzilində izahı mümkün olmayan mistik olayların olması ilə bağlı əlaqədar qurumlara məlumat verdiyini deyir. Belə ki, o, evin divarlarında müxtəlif anlaşılmaz rəsmlərin peyda olduğunu və ev əşyalarının qəfildən alovlandığını iddia edir. Bu gün rəsmi qurumların nümayəndələri hadisə yerində olublar.

Son xəbərlər

Orphus sistemi