Masallıda evdən 50 000 manat və 20 000 ABŞ dolları oğurlayan şəxs tutulub

Masallıda evdən 50 000 manat və 20 000 ABŞ dolları oğurlayan şəxs tutulub Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
17 May , 2017 11:39
Masallıda evdən 50 000 manat və 20 000 ABŞ dolları oğurlayan şəxs tutulub

Bakı. 17 may. REPORT.AZ/ Masallı rayonunda evdən 50 000 manat və 20 000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

"Report" xəbər verir ki, 70 saylı Masallı şəhər DSK-nın keçmiş üzvü Əbülfəz Talıb oğlu Şahmarovun evindən oğurluq olub. 

Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı oğurluqda şübhəli bilinən rayonun Ərkivan qəsəbə sakini əvvəllər məhkum olunmuş Nəzir Məmmədov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi