Masallıda keçmiş arvadını bıçaqlayan ər saxlanıldı - YENİLƏNİB

Masallıda keçmiş arvadını bıçaqlayan ər saxlanıldı - YENİLƏNİB Masallıda bıçaqlanma hadisəsi qeydə alınıb
Hadisə
14 May , 2021 21:40
Masallıda keçmiş arvadını bıçaqlayan ər saxlanıldı - YENİLƏNİB

Masallıda 1994-cü il təvəllüdlü Həsənli kənd sakini Zəhra Əsgər qızı Əzizovanı bıçaqlayan Öncəqala kənd sakini, 1984-cü il təvəllüdlü Kəmaləddin Adil oğlu Əzizov saxlanılıb.

Bu barədə “Report”un Cənub Mərkəzi xəbər verir.

Qeyd edək ki, hadisə Həsənli kəndində qeydə alınıb. Kənd sakini Zəhra Əzizova atasının evində keçmiş əri tərəfindən bıçaqlanıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Z.Əzizovaya çənəaltı, sol bazu və sağ əlin bilək nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozları qoyulub. Çoxlu qan itirən yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

20:48

Masallıda bıçaqlanma hadisəsi qeydə alınıb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Həsənli kəndində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü kənd sakini Zəhra Əsgər qızı Əzizova atasının evində keçmiş əri tərəfindən bıçaqlanıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Z.Əzizovaya çənəaltı, sol bazu və sağ əlin bilək nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozları qoyulub. Çoxlu qan itirən yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Əldə etdiyimiz məlumata görə, onlar boşansalar da, tərəflər arasında mübahisə davam edirmiş.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi