Masallıda ər arvadını bıçaqlayıb

Masallıda ər arvadını bıçaqlayıb Masallı rayonunda 20 yaşlı qadın əri tərəfindən bıçaqlanıb.
Hadisə
28 Avqust , 2021 12:52
Masallıda ər arvadını bıçaqlayıb

Masallı rayonunda 30 yaşlı qadın əri tərəfindən bıçaqlanıb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Xıl kəndində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Elza Cəfər qızı Ağayeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bədəninin müxtəlif yerlərindən 15-dən çox kəsilmiş-deşilmiş yaralar alan E.Ağayeva əməliyyata alınıb, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin ailə münaqişəsi zəminində qadının həyat yoldaşı, 1985-ci il təvəllüdlü Ariz Ceyhun oğlu Ağayev tərəfindən törədildiyi və polis tərəfindən saxlanıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi