Masallı rayonu ərazisində baş verən ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, ümumilikdə 6 nəfərin xəstəxanada müalicəsi davam etdirilir. Onlardan 3-ü Cəlilabad, 3-ü isə Lənkəran Rayon Mərkəzi Xəstəxanalarına yerləşdiriliblər.
Xəsarət alanların siyahısı:
Cəlilabadın Şükürlü kənd sakinləri: İsparova Xədicə Cəbrayıl qızı (2008-ci il təvəllüdlü), anası İsparova Zəminə Ağabala qızı (1972-ci il təvəllüdlü), Əliyeva Xuraman (1979-cu il təvəllüdlü);
Astara rayonu Pəlikeş kənd sakinləri: Rükiyev Əfqan Mirbaba oğlu (1975-ci il təvəllüdlü), Rəhimov Səyaddin Həkim oğlu (1986-cı il təvəllüdlü), Rükiyev Məcid Arzu oğlu (1991-ci il təvəllüdlü) travmatologiya şöbəsindədirlər.
Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Masallı rayonunun Təklə kəndi ərazisində baş verib.
İlkin məlumata görə, minik avtomobili mikroavtobusla toqquşub. Nəticədə azı 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlardan dördü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına, dördü isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Qəzaya dumanlı hava şəraitinın səbəb olduğu ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.