Masallıda daha bir ev uçub - FOTO

Masallıda daha bir ev uçub - FOTO Üç otaq və aynabənddən ibarət ev yararsız hala düşüb
Hadisə
16 Fevral , 2017 14:37
Masallıda daha bir ev uçub - FOTO

Masallı. 16 fevral. REPORT.AZ/ Masallı rayonunda daha bir fərdi yaşayış evi uçub. 

“Report”un Cənub bürosunun verdiyi xəbərə görə, 52 yaşlı Qarğalıq kənd sakini Taleh Möhübbət oğlu Zeynalova məxsus yaşayış evi qarın ağırlığına tab gətirməyərək uçub.

Üç otaq və aynabənddən ibarət olan ev yaşamaq üçün yararsız hala düşüb. 

Masallı Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının nümayəndələri evə baxış keçirib və tərtib olunmuş akt Fövqəladə Hallar Nazirliyinə göndərilib.

Komissiyanın rəyinə görə, evin uçmasına səbəb tikinti normalarının gözlənilməməsi olub.  

Son xəbərlər

Orphus sistemi