Masallıda çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb

Masallıda çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb Onun yaşadığı evin həyətində əkib-becərdiyi 67 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb
Hadisə
24 Aprel , 2021 10:35
Masallıda çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən Masallı rayonunun Yeyənkənd kənd sakini N.Şükürov saxlanılıb.

Onun yaşadığı evin həyətində əkib-becərdiyi 67 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır

Son xəbərlər

Orphus sistemi