Masallıda çayların daşması nəticəsində 40-a yaxın yaşayış evinin ərazisini su basıb

Masallıda çayların daşması nəticəsində 40-a yaxın yaşayış evinin ərazisini su basıb Bəzi ərazilərdə suyun səviyyəsi 0,5 metrdən 1,5 metrə qədərdir
Hadisə
26 Oktyabr , 2016 15:24
Masallıda çayların daşması nəticəsində 40-a yaxın yaşayış evinin ərazisini su basıb

Masallı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycanın cənub bölgəsində intensiv yağan yağışlar Masallı rayonunda subasmaya səbəb olub.

"Report"un Cənub bürosu xəbər verir ki, rayonun Böyük Təklə kəndində 40-a yaxın yaşayış evinin ərazisi su altında qalıb. 

Kənd sakinlərinin bildirdiyinə görə, bəzi ərazilərdə suyun səviyyəsi 0,5 metrdən 1,5 metrə qədərdir. Bu barədə rayon rəsmilərinə və Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinə də məlumat verilib. Subasmaya səbəb isə Göytəpə və Yazqıraq çaylarının kəndin arxa hissəsindən bir-birinə qovuşaraq daşması olub. Sakinlər eyni səbəbdən dəfələrlə həyətlərinin və əkin sahələrinin su altında qalması və təsərrüfatlarına dəyən ziyanla bağlı narahatlıqlarını ifadə ediblər.

Masallı Rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyasına ötən illərdə edilən müraciətlərdən sonra texnika göndərilərək müvəqqəti olaraq problemi aradan qaldırmaq mümkün olsa da, ancaq bu yetərli olmayıb. Bu il yenidən 37 ailənin 15 ildir məskunlaşdığı yeni massivdə eyni problem yaşanır. 

Son xəbərlər

Orphus sistemi