Masallıda bir həyətdə yaşayış evi, iki avtomobil və ot tayaları yanıb - FOTO - YENİLƏNİB

Masallıda bir həyətdə yaşayış evi, iki avtomobil və ot tayaları yanıb - FOTO - YENİLƏNİB Foto əlavə olunub
Hadisə
1 Noyabr , 2018 05:55
Masallıda bir həyətdə yaşayış evi, iki avtomobil və ot tayaları yanıb - FOTO - YENİLƏNİB

Foto əlavə olunub


***23:21

Masallı. 31 oktyabr. REPORT.AZ/ Masallı rayonunun Bədəlan kəndində güclü yanğın baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Aşurlu məhəlləsində yaşayan Nicat Həsənovun həyətində olub.

İlk yanğın hadisəsi yaşayış evinin birinci mərtəbəsində başlayıb. Ev sahibləri tez xəbər tutduqlarından yanğın söndürülüb.

Axşam isə yanğın ikinci mərtəbədə olub və 5 otaqlı yaşayış evi əşyaları ilə birgə yanıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovun ətrafa yayılmasının qarşısını ala biliblər. Sabahısı gün yanan evin qalıqlarını daşımaq üçün yük maşını çağırılıb. İşlər yekunlaşmadığı üçün sürücü maşını həyətdə saxlayıb, bu zaman isə müəmmalı şəkildə avtomaşının kabinəsi alovlanıb. Həmçinin Nicat Həsənovun onunla eyni həyətdə yaşayan qardaşı Zəfərə məxsus "VAZ-2106" markalı minik maşını od tutub yanıb. Yanğınlar bununla da bitməyib. Ardınca həyətdəki ot tayası da alovlanıb. Ümumilikdə iki gün ərzində bu ailəyə külli miqdarda ziyan dəyib. Lakin Həsənovlar ailəsi bu işdə kiminsə əlinin olduğundan şübhələnir. Çünki son yanğın zamanı ot tayasının yaxınlığında sönmüş kibrit çöpləri tapılıb. Hadisə ilə bağlı artıq polis şöbəsinə də məlumat verilib.

Fakt araşdırılır.

Bundan əvvəl Bakının mərkəzində disko-barda yanğın olub.

Son xəbərlər

Orphus sistemi