Masallıda avtoxuliqanlıq edən şəxs həbs edilib

Masallıda avtoxuliqanlıq edən şəxs həbs edilib Masallıda gecə saatlarında avtoxuliqanlıq hərəkətləri edən şəxs həbs edilib
Hadisə
30 İyul , 2021 16:19
Masallıda avtoxuliqanlıq edən şəxs həbs edilib

Masallıda gecə saatlarında avtoxuliqanlıq hərəkətləri edən şəxs həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan"Report"a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə gecə saatlarında şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Belə ki, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra həmin sürücünün Neftçala rayon sakini S.Kərimov olduğu müəyyən edilib.

Tanışına məxsus “Vaz 2115” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

S.Kərimov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib

Son xəbərlər

Orphus sistemi