Masallıda avtomobillə motosiklet toqquşub, ölən var

Masallıda avtomobillə motosiklet toqquşub, ölən var Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub
Hadisə
21 May , 2021 11:18
Masallıda avtomobillə motosiklet toqquşub, ölən var

Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.

Belə ki, Xırmandalı kənd sakini, 1958-ci il təvəllüdlü Hüseyn Əli oğlu Səfərovun idarə etdiyi motosiklet eyni yolda hərəkətdə olan "VAZ-2107" markalı avtomobillə toqquşub. Motosikletin sürücüsü ağır kəllə-beyin travması alıb. "VAZ-2107"nin sürücüsü Lənkəran Rayon Mərkəzi Xəstəxansına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, H.Səfərovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi