Masallıda avtomobil qaçıran keçmiş məhkum saxlanılıb

Masallıda avtomobil qaçıran keçmiş məhkum saxlanılıb Masallıda avtomobil qaçıran şəxs saxlanılıb.
Hadisə
10 Dekabr , 2019 13:40
Masallıda avtomobil qaçıran keçmiş məhkum saxlanılıb

Masallıda avtomobil qaçıran şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 8-də saat 15 radələrində Masallı şəhəri N.Nərimanov küçəsindən Çaxırlı kənd sakini N.Gözəlova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Hüseynov avtomobillə birgə saxlanıllb.

Şəxsi axtarış zamanı ondan heroin götürülüb.

Son xəbərlər

Orphus sistemi