Masallıda avtomobil oğrusu saxlanılıb

Masallıda avtomobil oğrusu saxlanılıb Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
14 Aprel , 2017 15:43
Masallıda avtomobil oğrusu saxlanılıb

Masallı. 14 aprel. REPORT.AZ/ Masallıda maşın oğrusu saxlanılıb.

"Report"un Cənub bürosu xəbər verir ki, Masallı Rayon Polis Şöbəsi əməkdaşları rayon ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil oğurluğunda şübhəli bilinən şəxsi saxlayıblar. 

Belə ki, Bambaşı kənd sakini Kamalzadə Əlikamil Kamil oğluna məxsus "VAZ-2106" markalı 44 BS 379 nömrə nişanlı avtomobil aprelin 12-dən 13-ə keçən gecə yaşadığı evin qarşısından naməlum şəxs tərəfindən qaçırılıb. 

O, oğurluq barədə Polis Şöbəsinə məlumat verib. Polis dərhal sonra əməliyyat qrupu yaradıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili oğurlayan şəxs saxlanılıb. Onun adı açıqlanmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi