Masallıda avtomobil oğrusu saxlanılıb
Hadisə
- 14 aprel, 2017
- 11:43
Masallı. 14 aprel. REPORT.AZ/ Masallıda maşın oğrusu saxlanılıb.
"Report"un Cənub bürosu xəbər verir ki, Masallı Rayon Polis Şöbəsi əməkdaşları rayon ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil oğurluğunda şübhəli bilinən şəxsi saxlayıblar.
Belə ki, Bambaşı kənd sakini Kamalzadə Əlikamil Kamil oğluna məxsus "VAZ-2106" markalı 44 BS 379 nömrə nişanlı avtomobil aprelin 12-dən 13-ə keçən gecə yaşadığı evin qarşısından naməlum şəxs tərəfindən qaçırılıb.
O, oğurluq barədə Polis Şöbəsinə məlumat verib. Polis dərhal sonra əməliyyat qrupu yaradıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili oğurlayan şəxs saxlanılıb. Onun adı açıqlanmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Son xəbərlər
09:25
Dənizkənarı Bulvar İdarəsi mənfəətini 15 %-dən çox artırıb
Maliyyə09:18
AVRO-2026: Azərbaycan millisi bu gün Belçika ilə qarşılaşacaq
Komanda09:16
Tambovda "Wildberries" anbarında PUA hücumu nəticəsində yanğın baş verib
Region09:12
Azərbaycan neftinin qiyməti 92 dollardan aşağı düşüb
Energetika09:09
Pakistanda yanğın nəticəsində 15 körpə ölüb
Digər ölkələr09:02
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (26.08.2026)
Maliyyə08:55
"Göygöl Şərab Zavodu"nun səhmdarlarının yığıncağı keçiriləcək
Biznes08:54
ABŞ immiqrasiya vizaları ilə bağlı müraciətlərə baxılmasını dayandırıb
Digər ölkələr08:53