Masallıda avtomobil dirəyə çırpılıb, sürücü xəsarət alıb

Masallıda avtomobil dirəyə çırpılıb, sürücü xəsarət alıb Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
30 Aprel , 2021 00:15
Masallıda avtomobil dirəyə çırpılıb, sürücü xəsarət alıb

Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Alışanlı kəndində qeydə alınıb.

Belə ki, Masallı rayon Xırmandalı kənd sakini, İbrahim Əflatun oğlu Novruzovun idarə etdiyi “Vaz 2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı rabitə dirəyinə çırpılıb.

Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi