Masallıda arvadını qətlə yetirən şəxs tutulub

Masallıda arvadını qətlə yetirən şəxs tutulub Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalara davam etdirilir
Hadisə
119
13 Dekabr , 2016 10:24
Masallıda arvadını qətlə yetirən şəxs tutulub

Masallı. 13 dekabr. REPORT.AZ/ Masallı rayonunda arvadını qətlə yetirən şəxs tutulub. "Report"un Cənub bürosunun məlumatına görə, Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini 1975-ci il təvəllüdlü İbrahim Paşa oğlu Muradov şübhəli şəxs qismində saxlanılıb. 

Təqsirləndirilən şəxs dindirilən zaman bir neçə ay bundan əvvəl ayrıldığı həyat yoldaşını qısqanclıq zəmnində öldürdüyünü etiraf edib.

Xatırladaq ki, ötən gecə Salyan rayon sakini 1978-ci il təvəllüdlü Röya Novruz qızı Hüseynova Masallı rayonunda otellərdən birində qətlə yetrilib. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalara davam etdirilir.

Son xəbərlər

Orphus sistemi