Masallıda 7 kəndin qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır 

Masallıda 7 kəndin qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır  Masallı rayonunda 7 kəndin qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır.
Hadisə
29 May , 2024 19:27
Masallıda 7 kəndin qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır 

Masallı rayonunda 7 kəndin qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Köhnə Alvadı kəndində yeni qaz xəttinin mənbəyə qoşulmasından ötrü Güllütəpə və Tatyanoba kəndlərinin ümumilikdə 830 abonentinin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması nəzərdə tutulur.

Həmçinin rayonunun Musaküçə kəndində yeni qaz tənzimləyicisinin quraşdırılması üçün Musaküçə, Gəyəçöl, Xıl, Sirəbil, Sərçuvar və Təzəkənd kəndlərinin ümumilikdə 3800 abonentinin qaz təchizatının 31 may saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

Son xəbərlər

Orphus sistemi