Masallıda 44 yaşlı kişi itkin düşüb
Hadisə
- 12 yanvar, 2022
- 06:45
Masallıda 44 yaşlı kişi itkin düşüb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayonun Ərkivan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Qalib Eynulla oğlu Cəbiyev yanvarın 3-də səhər saatlarında yaşadığı evdən çıxaraq gedib və indiyədək geri qayıtmayıb.
Qalib Cəbiyevin əlamətləri bunlardır: orta boylu, arıq bədən quruluşlu, gözləri qara rəngdədir. Evdən çıxanda başında qara papaq, əynində göy rəngli cins şalvar və qara rəngli gödəkçə olub.
"Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Masallı Rayon Polis Şöbəsinə 025-215-3942 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.
Son xəbərlər
09:44
TDT-nin Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək
Din09:41
Azərbaycan boksçuları Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
Fərdi09:40
Sabunçuda avtomobil 60 yaşlı qadını vuraraq öldürüb
Hadisə09:34
Allahşükür Paşazadə: Türk xalqları xoş və çətin anlarda əsl qardaşlıq nümunəsi göstərirlər
Xarici siyasət09:34
Yeni Zelandiyada qayıq aşıb, ölənlər var
Digər ölkələr09:27
Pyer-Emerik Obameyanq Zlatan İbrahimoviçin göstəricisini təkrarlayıb
Futbol09:18
Bakıda TDT Müsəlman dini liderlərinin 7-ci Görüşü keçirilir
Din09:12
İndoneziyada gəmi qəzasında itkin düşən 130 nəfərin axtarışıları davam edir
Digər ölkələr09:07