Bakı. 20 iyul. REPORT.AZ/ Masallı rayonunda yanğın hadisəsi baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Banbaşı kəndində baş verib.
Kənddə vətəndaşa məxsus ümumi sahəsi 132 kv.m olan ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsində mətbəxin döşəməsi, tavanı 16 kv.m və dəhlizin tavanı 25 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğında mühafizə olunub.
Yanğın saat 06:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.