Masallıda 27 yaşlı qızı elektrik cərəyanı vurub

Masallıda 27 yaşlı qızı elektrik cərəyanı vurub Masallı rayonunda bədbəxt hadisə baş verib.
Hadisə
27 Sentyabr , 2020 08:49
Masallıda 27 yaşlı qızı elektrik cərəyanı vurub

Masallı rayonunda bədbəxt hadisə baş verib.

"Report"un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, elektrik cərəyanı 1993-cü il təvəllüdlü İsgəndərova Esmira Zamir qızını vurub. Yaralı təcili yardımın köməyi ilə əvvəlcə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, sonra isə Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozlaŕı qoyulub.

Son xəbərlər

Orphus sistemi