Masallıda 25 yaşlı qadın qonşusu tərəfindən döyülüb

Masallıda 25 yaşlı qadın qonşusu tərəfindən döyülüb Faktla bağlı araşdırma aparılır
Hadisə
26 İyul , 2017 13:24
Masallıda 25 yaşlı qadın qonşusu tərəfindən döyülüb

Masallı. 26 iyul. REPORT.AZ/ Masallıda 25 yaşlı qadın qonşusu tərəfindən döyülüb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə hadisə rayonun Səmidxan kəndində baş verib. 

Kənd sakini Ağayeva Könül Təyyar qızı yaşadıqları evdən bir qədər aralıda qonşusu tərəfindən döyülərək baş nahiyəsindən xəsarət alıb. Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılan K.Ağayevanın burun sümüyünün sınığı diaqnozu qoyularaq ambulator müayinəyə buraxılıb.

Zərərçəkənin baçısı Sevil Əliyeva DİN-nin 102 xidmətinə və polis növbətçi hissəsinə məlumat verdiyini, lakin hələlik bacısını əlindəki küt alətlə vuraraq ona xəsarət yetirənin məsuliyyətə cəlb edilmədiyini, əksinə onların evinə gələrək təhqir etdiyini söyləyir. 

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, K.Ağayeva ailəli olub, bir övladı var.

Son xəbərlər

Orphus sistemi