Yuxarı
    Bağlamaq

    Masallı sakini suda boğulub

    Masallıda 14 yaşlı yeniyetmə suda boğulub

    Bakı. 22 May. REPORT.AZ/ Masallıda 14 yaşlı sakin suda boğulub. 

    "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonu, Boradigah kəndi ərazisində yerləşən süni ğöldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 50 km aralıda nəzarətsiz ərazidə) 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub.

    Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 2002-ci il təvəllüdlü Həbibov Rahid Cavid oğlunun cəsədi batdığı yerdən 5 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Əməliyyat saat 19:42-də başa çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi