Masallı və Lənkərandan gələn dindarlar Qubada saxlanıldılar

Masallı və Lənkərandan gələn dindarlar Qubada saxlanıldılar Xüsusi karantin rejiminin tələblərini pozaraq Qubaya gizli yollarla “Aşura” mərasiminə dəstək məqsədi ilə Masallı və Lənkəran rayonlarından gələn dindarlar polis tərəfindən saxlanıldılar.
Hadisə
1618
30 Avqust , 2020 12:50
Masallı və Lənkərandan gələn dindarlar Qubada saxlanıldılar

Xüsusi karantin rejiminin tələblərini pozaraq Qubaya gizli yollarla “Aşura” mərasiminə dəstək məqsədi ilə Masallı və Lənkəran rayonlarından gələn dindarlar polis tərəfindən saxlanılıblar.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan “Report”un Şimal bürosunun verdiyi məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman karantin qaydalarını pozaraq Qubada yerləşən Zərdabi və Hacı Cəfər məscidlərində “Aşura” məclisi keçirmək üçün dəstək olmağa gələn iki şəxsi aşkar ediblər.

Onların Masallı rayon sakini Samir Hüseynli və Lənkəran rayon sakini Arif Hüseynov olduqları məlum olub. 

Qaydalarını pozan A.Hüseynov və S.Hüseynli barəsində qanunauyğun tədbirlər görülüb və onlar 10 sutka inzibati həbs ediliblər.

Son xəbərlər

Orphus sistemi