Masallı və Cəlilabadda koronavirus xəstələri saxlanıldı

Masallı və Cəlilabadda koronavirus xəstələri saxlanıldı Masallı və Cəlilabadda koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb
Hadisə
12 Aprel , 2021 12:39
Masallı və Cəlilabadda koronavirus xəstələri saxlanıldı

Masallı və Cəlilabadda koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Masallı şəhər sakini İ.Hüseynliyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunub və ona tətbiq edilən qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb. Lakin Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxs şəhər ərazisindəki parklardan birində aşkar edilib və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaydarılıb.

Cəlilabadda isə şəhər sakini COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilən Ə.Tomarovun yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxs ictimai yerdə aşkarlanıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi