Masallı sakinini kafedə döyüb pulunu əlindən aldılar

Masallı sakinini kafedə döyüb pulunu əlindən aldılar Masallı rayonunda quldurluq hadisəsi olub
Hadisə
116
9 Aprel , 2021 12:17
Masallı sakinini kafedə döyüb pulunu əlindən aldılar
0 : 00
0 : 00

Masallı rayonunda quldurluq hadisəsi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinə müraciət edən əvvəllər məhkum olunmuş R.Nəcəfov aprelin 7-də Sərçuvar kəndi ərazisindəki kafedə naməlum şəxslərin onu döyərək baş nahiyəsinə şüşə qabla xəsarət yetirib, 1 870 manat pulunu aldıqlarını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xıl kənd sakinləri H.HüseynovR.Nurəliyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi