Masallı sakinindən lüləsi kəsilmiş tüfəng götürülüb

Masallı sakinindən lüləsi kəsilmiş tüfəng götürülüb Masallı sakinindən silah-sursat götürülüb.
Hadisə
4 Noyabr , 2019 12:14
Masallı sakinindən lüləsi kəsilmiş tüfəng götürülüb

Masallı sakinindən silah-sursat götürülüb.

Bu barədə "Report"un yerli bürosuna DİN Mətbuat xidmətindən Lənkəran regional qrupundan məlumat verilib.

Belə ki, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ərkivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Y.Mikayılovdan nömrəsi silinən, lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng, 2 ədəd patron və 1 ədəd süngü bıçağı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi