Masallı sakini sirkə turşusundan zəhərlənərək ölüb
Hadisə
17 Dekabr , 2014
13:45
https://static.report.az/photo/1e705db5-090b-4cad-9de3-c99e1655f506.jpg
Bakı. 17 dekabr. REPORT.AZ/ Masallı rayon sakini sirkə turşusundan zəhərlənərək ölüb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Masallı rayon sakini Xalidə Həsənova sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Edilən tibbi yardımlara baxmayaraq, X.Həsənova orada ölüb.