Masallı polisi əməliyyat keçirib, saxlanılan var

Masallı polisi əməliyyat keçirib, saxlanılan var Həyətində narkotik tərkibli bitkilər yetişdirən Masallı sakini saxlanılıb
Hadisə
31 İyul , 2021 13:27
Masallı polisi əməliyyat keçirib, saxlanılan var

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, Masallı rayonunun Hişkədərə kənd sakini T.Əliyev saxlanılıb.

Onun yaşadığı evin həyətində kultivasiya yolu ilə yetişdirdiyi yaş halda çəkisi 3 kiloqramdan artıq olan 13 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi